
YENİ QRUPLARQeydiyyat açıqdır · −20%
İT və kibertəhlükəsizliyi praktikada öyrən.
Dörd istiqamət, bir yanaşma: qısa nəzəriyyə, canlı demo və hər mövzuda real laboratoriya tapşırığı. Tələbələr və şirkət əməkdaşları üçün.
Sənə uyğun istiqaməti seç.
Müddət, proqram, təlimçi və apardığı vəzifələr bir baxışda. Hamısı

- Müddət
- 4–6 ay
- Format
- Əyani / Online
- Səviyyə
- Orta
- Təlimçi
- Fəxri Əlizadə
Red Teaming
Hücumçu kimi düşün, zəiflikləri tap və hesabatla sübut et.
Nə öyrənəcəksən
- Kəşfiyyat və OSINTHədəf haqqında açıq mənbələrdən məlumat toplamağı, xidmətləri və hücum səthini xəritələməyi.
- Veb və şəbəkə zəiflikləriOWASP Top 10, SQL injection, XSS, IDOR kimi zəiflikləri tapmağı və praktikada sübut etməyi.
- Privilege escalationLinux və Windows sistemlərində imtiyazları yüksəltməyi, Active Directory mühitində hərəkət etməyi.
- Pentest hesabatıTapıntıları CVSS ilə qiymətləndirib, müştərinin başa düşəcəyi və tətbiq edə biləcəyi hesabat yazmağı.
Proqram · 6 modul
- 01Əsaslar və laboratoriya mühitiLinux, şəbəkə əsasları, Kali Linux və pentestin hüquqi-etik çərçivəsi.
- 02Kəşfiyyat və skanOSINT, Nmap ilə skan, xidmətlərin və versiyaların aşkarlanması.
- 03Veb tətbiq hücumlarıBurp Suite, OWASP Top 10, autentifikasiya və sessiya zəiflikləri.
- 04İstismar və post-exploitationMetasploit, shell əldə etmək, sistemdə məlumat toplamaq.
- 05Privilege escalation və Active DirectoryLinux və Windows-da imtiyaz yüksəltmə, AD hücumlarının əsasları.
- 06Hesabat və final layihəCVSS, hesabat yazılışı və laboratoriyada tam pentest.
Bu yolun apardığı vəzifələr

- Müddət
- 4–6 ay
- Format
- Əyani / Online
- Səviyyə
- Başlanğıc–Orta
- Təlimçi
- Yusif Kazımlı
Blue Teaming
Hücumu vaxtında gör, loqları oxu və insidentə cavab ver.
Nə öyrənəcəksən
- SOC necə işləyirTəhlükəsizlik əməliyyatları mərkəzinin strukturunu, rollarını və gündəlik iş axınını.
- Log analizi və SIEMWindows və Linux loqlarını oxumağı, SIEM-də sorğu və qaydalar yazmağı.
- Alert triageReal insidenti false positive-dən ayırmağı və prioritet verməyi.
- Incident responseİnsidenti araşdırmağı, nəticəni məhdudlaşdırmağı və hesabat yazmağı.
Proqram · 6 modul
- 01Müdafiənin əsaslarıCIA triadası, təhlükə modelləri, şəbəkə və əməliyyat sistemi əsasları.
- 02Loqlar və monitorinqWindows Event Log, Linux loqları, Sysmon ilə görünürlük.
- 03SIEMMəlumat toplanması, sorğular, korrelyasiya qaydaları və dashboard-lar.
- 04Şəbəkə trafikinin analiziWireshark, IDS/IPS və şübhəli trafikin aşkarlanması.
- 05Threat huntingMITRE ATT&CK, threat intelligence və fərziyyəyə əsaslanan axtarış.
- 06Incident response və final layihəSimulyasiya olunmuş insidentin araşdırılması və hesabat.
Bu yolun apardığı vəzifələr

- Müddət
- 4 ay
- Format
- Əyani / Online
- Səviyyə
- Başlanğıc
- Təlimçi
- Musa Məhərrəmov
CCNA
Şəbəkənin necə işlədiyini, marşrutlaşdırma və kommutasiyanı praktikada öyrən.
Nə öyrənəcəksən
- IP ünvanlama və subnettingIPv4 və IPv6 ünvanlarını planlamağı, şəbəkəni alt şəbəkələrə bölməyi.
- Cisco IOS konfiqurasiyasıRouter və switch-ləri komanda sətirindən konfiqurasiya etməyi.
- Kommutasiya və marşrutlaşdırmaVLAN, STP, static routing və OSPF ilə şəbəkələri birləşdirməyi.
- Şəbəkə xidmətləri və təhlükəsizlikDHCP, NAT, ACL və port security ilə şəbəkəni idarə edib qorumağı.
Proqram · 6 modul
- 01Şəbəkə əsaslarıOSI və TCP/IP modelləri, kabellər, avadanlıq və topologiyalar.
- 02IP ünvanlamaIPv4, subnetting, VLSM və IPv6 əsasları.
- 03KommutasiyaVLAN, trunk, STP və EtherChannel.
- 04MarşrutlaşdırmaStatic routing, OSPF və inter-VLAN routing.
- 05Xidmətlər və təhlükəsizlikDHCP, NAT, ACL, port security və simsiz şəbəkə əsasları.
- 06Avtomatlaşdırma və final layihəŞəbəkə avtomatlaşdırmasına giriş və tam şəbəkə layihəsi.
Bu yolun apardığı vəzifələr

- Müddət
- 3 ay
- Format
- Əyani / Online
- Səviyyə
- Başlanğıc
- Təlimçi
- Qüdrət Eyvazov
IT Helpdesk
İT-də ilk işin üçün lazım olan texniki dəstək bacarıqlarını qazan.
Nə öyrənəcəksən
- İstifadəçi dəstəyiProblemi dinləməyi, düzgün sual verməyi və ticket sistemində işləməyi.
- Windows və əməliyyat sistemləriQuraşdırma, istifadəçi profilləri və tipik problemlərin həlli.
- Active Directory və hesablarİstifadəçi və qrup idarəçiliyi, parol sıfırlama, Microsoft 365 əsasları.
- Şəbəkə problemləriIP, DNS, DHCP və Wi-Fi problemlərini addım-addım tapıb həll etməyi.
Proqram · 6 modul
- 01Kompüter və avadanlıqHardware, quraşdırma, periferiya və diaqnostika.
- 02Windows və əməliyyat sistemləriQuraşdırma, yeniləmə, istifadəçi profilləri və troubleshooting.
- 03Şəbəkə əsaslarıIP, DNS, DHCP və tipik şəbəkə nasazlıqları.
- 04Active Directory və Microsoft 365Hesablar, qruplar, icazələr və parol sıfırlama.
- 05Ticket sistemi və ünsiyyətITIL əsasları, prioritetlər və istifadəçi ilə danışıq.
- 06Təhlükəsizlik gigiyenası və final layihəPhishing, backup və real ticket ssenariləri.
Bu yolun apardığı vəzifələr
Konsultasiyadan sertifikata 4 addım.
Mentor hər addımda yanındadır. Tapşırığı sənin yerinə həll etmir, düzgün sualı verir.
- 01Pulsuz konsultasiya
15 dəqiqəlik söhbət: məqsədini və səviyyəni öyrənirik.
- 02Şəxsi plan
Uyğun istiqamət, qrup və format seçilir.
- 03Dərs + laboratoriya
Hər mövzu nəzəriyyə, demo və praktiki tapşırıqla bitir.
- 04Final layihə
Real ssenari, portfolio və Chronos sertifikatı.
Sahədə işləyən mentorlar.
Hər istiqamətin öz mentoru var: suallara cavab verir, tapşırıqları yoxlayır və final layihəni qiymətləndirir. Komanda
60 saniyə. Təhlükəni tap.
Phishing, loqlar, hücum payload-ları və şəbəkə qaydaları: hər kartda qərar ver.
Öyrətdiyimizi özümüz edirik.
Təlimçilər sahədə işləyən mütəxəssislərdir. Öz məhsullarımızı da qururuq. Haqqımızda
Dürüst vəd
İş zəmanəti vermirik. Bacarıq, portfolio və istiqamət veririk.
CipherProof
Chronos-un pentest hesabat platforması.
ƏtraflıSertifikasiyalar
Web, şəbəkə və ISO 27001: ilk 10 000 nəfər üçün pulsuz.
Tez-tez soruşulanlar.
Konsultasiya ödənişlidirmi?
Xeyr, tam pulsuzdur. Təlimçi ilə danışıb sənə uyğun istiqaməti və qrupu birlikdə seçirik.
Heç bir təcrübəm yoxdur. Başlaya bilərəmmi?
Bəli. IT Helpdesk və CCNA sıfırdan başlayır, Red və Blue Teaming-də isə ilk modul əsasları təkrarlayır.
Dərslər harada və necə keçirilir?
Bütün təlimlər əyani və online formatda keçirilir. Sənə uyğun formatı konsultasiyada seçirik.
Təlimin sonunda nə alıram?
Real ssenari üzərində final layihə, portfolio üçün işlər və Chronos sertifikatı.
Ödənişi hissə-hissə etmək olarmı?
Ödəniş şərtlərini pulsuz konsultasiyada sənə uyğun şəkildə dəqiqləşdiririk.
Cyber Arena endirimi necə işləyir?
Hər həftə bazar günü 23:59-da (Bakı vaxtı) liderlər cədvəlində 1-ci olan oyunçu 20% endirimin üstünə əlavə 15% endirim qazanır. Endirim bir təlimə tətbiq olunur. Balların cədvələ yazılması üçün oyunda qeydiyyatdan keçmək lazımdır.






